Sionist hərbçilər qərb sahilinə basqın ediblər
Okt 30, 2017 16:41 Asia/Baku
-
Sionist hərbçilər qərb sahilinə basqın ediblər
Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinlilərə qarşı düşmənçilik hərəkətlərini davam etdirirlər.
Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edərək, fələstinlilərlə toqquşublar. Sionist hərbçilər bu hücumlarda 26 fələstinlini ittihamı bildirilmədən həbs ediblər.
Sionistlər özlərinin ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif məntəqələrinə hücum və fələstinliləri həbs edirlər.
Fələstinin "Əlzəmir" insan haqları qrupunun statistikalarına əsasən, yeddi minə yaxın fələstinli ən pis şəraitdə sionist rejim məhbəslərində saxlanılır.
Teqlər