Noy 15, 2017 09:56 Asia/Baku
  • Əl-İbadi: Mərkəzi hökumət Kürdüstanın sərhəd keçidlərini geri alır
    Əl-İbadi: Mərkəzi hökumət Kürdüstanın sərhəd keçidlərini geri alır

İraq baş naziri çərşənbə axşamı gecə bildirib: İraqın mərkəzi hökuməti sərtlik və gərginlik olmadan ölkənin şimal sərhəd keçidlərini İraqın kürd muxtariyyətindən geri alır.

İRNA-nın məlumatına görə, Heydər əl-İbadi deyib: Kürd muxtariyyətinin yerli idarəçiliyinin mərkəzi hökumətlə son razılaşmanın ilkin mətnindən vaz keçməsindən sonra, Bağdad Ərbilin qərar verməsini gözləməyəcək və keçidlər haqda tələb olunan addımları atacaq. 

İraq hökuməti bu ölkənin ərazi bütövlüyünü qorumaq məqsədilə İraqın şimal sərhəd keçidlərinin idarə olunmasının Bağdada tapşırılmasını istəyir. 

İraq ordusu və bu ölkənin federal polisi də 16 oktyabrdan parlament və Konstitusiya Məhkəməsinin qərarlarını icra etmək üçün Kərkükə ezam olunub və bu bölgəyə nəzarəti ələ keçiriblər. 

İraqın kürd muxtariyyətinin peşmərgə qüvvələri 2014-cü il iyunda İŞİD terror qruplaşmasının İraqdakı hücumları nəticəsində yaranan hərc-mərclik və iğtişaşdan istifadə edərək Kərkük vilayətinin bir hissəsini, o cümlədən bu vilayətin neft quyularını öz nəzarətinə götürmüşdü. 

Teqlər