Noy 20, 2017 20:51 Asia/Baku
  • Əl-İbadi İraq federal məhkəməsinin referendumun ləğvinə dair qərarını yüksək qiymətləndirib
    Əl-İbadi İraq federal məhkəməsinin referendumun ləğvinə dair qərarını yüksək qiymətləndirib

İraq baş nazirlik ofisi bir bəyanat yayaraq bu ölkənin federal məhkəməsinin İraq kürdüstan bölgəsində referendumun nəticələrini ləğv etmək qərarını müsbət qarşılayıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Əssuməriyyə Nyus bildirib ki, İraqın baş nazirlik ofisinin bəyanatında belə deyilir: İraq dövləti bu qərarın Kürdüstan bölgəsindəki referenduma qarşı mərkəzi hökumətin mövqeyinin güclənməsi istiqamətində olmasını vurğulayır. 

Bəyanatda hamı Konstitusiyaya hörmətlə yanaşmağa  ixtilaflı məsələlərdə ona istinad etməyə və konstitusiyaya zidd olan hərhansı hərəkətdən çəkinməyə çağırılıb. 

Mərkəzi hökumət ilə bölgələr arasında ixtilafların həlli vəzifəsinə malik olan İraqın federal məhkəməsi bu gün bir qərar çıxararaq Kürdüstan bölgəsindəki son referendumun qeyri-qanuni olduğunu bildirib.  

Teqlər