Terrorçuların Suriyadakı məğlubiyyətinin doğurduğu rezonanslar davam edir
Suriyada İŞİD-in işinin birdəfəlik olaraq bitirilməsi və İŞİD-in sonuncu qalası olan Bukamal şəhərinin azad edilməsi ilə bu terrorçu qruplaşmanın tam olaraq səhnədən silinməsi üzrə geri sayım başlanıb. Analitiklər bunu İŞİD-in Suriyadakı məğlubiyyətinin "afterşok"u adlandırırlar.
İsrail rejimi İŞİD-in Suriyada qəti məğlubiyyətə uğradığını etiraf edib. İsrail rejiminin müharibə naziri Aviqdor Liberman Suriya prezidenti Bəşşar Əsədin İŞİD-in işini bitirdiyini deyib. Liberman Suriya dövlətinin bu qələbəsindən nigaranlıq edərək, İsrail rejiminin hərbi büdcəsinin bir milyard dollar həcmində artırılmasını istəyib.
İraqın baş naziri Fuad Məsum da İŞİD üzərində qələbə münasibəti ilə Suriya dövləti və xalqını təbrik edərək, Suriyada sabitlik və təhlükəsizliyi İraqın sabitliyi və təhlükəsizliyi adlandırıb.
Suriyada İŞİD-in son qalası olan Bukamal şəhərinin süqut etməsi və müqavimət qüvvələrinin şəhəri terrorçulardan təmizləməsi ilə İŞİD-in regiondakı ömrü başa çatıb.
Qaranlıq bir dövrün sonu. İslam qoşunlarının bütün döyüş meydanlarında qələbə çalması və İŞİD-in Bukamal şəhərindəki bayrağının da endirilməsi ilə Suriya və İraq xalqları üçün ağrı və acılarla dolu olan bir dövr başa çatıb.
Amerikan, Sionist və Səudiyyə üçbucağının siyasi, hərbi və maliyyə yardımları ilə formalaşdırılan və ötən 7 ildə regionda amansız cinayətlər törədən terror qruplaşması sonda müqavimət cəbhəsi qarşısında diz çökməyə məcbur oldu.
Siyasi məsələlər üzrə analitik Hadi Məhəmmədi deyir: “İŞİD regionun siyasi sərhədlərini dəyişmək məqsədi ilə Amerikan, Sionist və Səudiyə üçbucağı tərəfindən region ölkələrinə qarşı yönəlmiş strateji vasitələrin sivri ucu idi. Yəni, regionda Qərb və Sionizmin planlarını həyata keçirməli olan əsas terrorçu qruplaşma İŞİD idi. Buna görə də İŞİD terror qruplaşmasını Əfi ilanın başına bənzətmək olar. Buna görə də, Qərb və Sionizmin əlində regionu xaosa sürükləmək üçün bir vasitə olan terror qruplaşmaları və təxribatçı cərəyanlar arasından mübarizə üçün İŞİD-in seçilməsi düzgün seçim olub.”
Beynəlxalq ictimaiyyətin müxtəlif səbəblərə görə, bu nəhs fenomen qarşısında passiv mövqe sərgiləməsinə baxmayaraq, Müqavimət cəbhəsi regionda alovlandırılan fitnə ocağını söndürməyi bacarmışdı.
Amma, analitiklər bildirirlər ki, İŞD öz hərbi gücünü itirməsinə və İraq-Şam İslam Dövləti ilə bağlı röyasının puça çıxmasına baxmayaraq, İŞİD-çi təfəkkürü qarşısında qəflətə qapılmaq olmaz. Siyasi məsələlər üzrə analitik Seyid Rza Sədrəlhüseyni deyir: “İŞİD-in İraq və Suriyadakı qondarma xilafət röyası başa çatıb. Amma, bu təfəkkür hələ də mövcuddur. Və onlar gizli şəkildə öz fəaliyyətlərini davam etdirə və fürsət tapdıqları anda yenidən İraq və Suriyanın təhlükəsizliyinə zərbə vurmağa səy göstərə bilərlər. Buna görə də, ABŞ-ın birdəfəlik olaraq İŞİD terror qruplaşması və İŞİD-çi təfəkküründən vaz keçdiyini düşünmək yanlış olardı. Amerikalılar İslama və İrana zərbə vurmaq üçün istənilən vasitədən istifadə edirlər. Belə bir şəraitdə İslam Dünyasının İŞİD-in varlığından xilas olduğunu düşünmək doğru olmazdı.”
İŞİD-in məğlub olması Qərblilərin Asiyanın qərbini xaosa sürükləmək üzrə planlarından birinin uğursuz alınması deməkdir. Heç şübhəsiz onların regionla bağlı başqa planları da var. Analitiklər İraq Kürdüstanında separatçı referendumun keçirilməsi və son günlər Livanın baş naziri Səəd Həriri ətrafında yaranan qalmaqalı Qərbin post-İŞİD dövrünə aid növbəti uğursuz ssenariləri hesab edirlər. Dünya müsəlmanları ötən illər ilə müqayisədə bu ilki rəbiül-əvvəl ayında daha şad və xürrəmdirlər. Bu mübarək ayın başlanğıcı general Qasım Süleymaninin İŞİD-in işinin bitirilməsi üçün təyin etdiyi 2 aylıq möhlətin başa çatması ilə bir vaxta təsadüf edib. İndi müsəlmanlar onlara qarşı planlaşdırılan yeni fitnələrə qarşı mübarizəyə hər zaman olduğundan daha artıq hazır olmalıdırlar.