Soçi bəyanatı, Suriya böhranının həlli üçün diplomatik çərçivə- siyasi şərh
Suriyada İŞİD terror qrupunun işi bitdikdən sonra Soçidə İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentlərinin Suriya böhranı üçün diplomatik çərçivəni müəyyən edən mühüm üçtərəfli görüşü təşkil edildi.
Soçi görüşü elə bir şəraitdə keçirildi ki, Səudiyyə Ərəbistanı da eyni vaxtda xaricdəki suriyalı müxalifləri Ərriyadda bir araya toplayıb, onları birləşdirərək, Suriya böhranının həlli yolunda addım atmağa çalışdı. Lakin bu addım, İran, Rusiya və Türkiyə liderlərinin birgə Soçi bəyanatına zidd bir addım idi.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü axşam Soçi görüşünün yekun bəyanatında bir daha Suriyanın suverenliyini, müstəqilliyini, birliyi və ərazi bütövlüyünü təsdiqləyərək, terrorçu qrupların son məğlubiyyətinədək bir-birilərilə həmkarlıqlarını davam etdirmək barədə razılaşdılar. İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentləri həmçinin BMT-nin münasib nəzarəti altında, şəraiti uyğun gələn bütün suriyalıların iştirakı ilə Suriyada azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də Suriya xalqının dəstəyilə bu ölkənin əsas qanununun hazırlanması ilə nəticələnəcək azad, ədalətli, şəffaf və əhatəli suriyalı-suriyalı bir proses yolu ilə Suriya böhranı üçün siyasi bir həll yolunun əldə olunması və bu ölkə birliyinin qaytarılmasında suriyalılara kömək etmək barədə razılığa gəldilər.
Soçi bəyanatı İŞİD-in hökmranlığının başa çatmasından sonra bir növ Suriya böhranının siyasi gündəmini əks etdirir. Bu, İran, Rusiya və Türkiyənin Suriya xalqının iradəsi və istəyinə əsasən, düzgün diplomatiya istiqamətində hərəkət etdiklərini göstərir. Ruhani-Putin-Ərdoğan razılığında Suriyadakı siyasi gələcəyə görə xalqın iradəsinə hörmət nəzərə alınmışdır və bu istiqamətdə 2017-ci il noyabrın 28-də Rusiyanın Soçi şəhərində Suriyalı-Suriyalı Milli Konqresi keçiriləcək. Konqresdə Suriya hökumətinin müxalifləri və tərəfdarları iştirak edəcəklər. Onlar öz ölkələrinin gələcəyi barədə məsləhətləşmələr apararaq, xarici müdaxilə olmadan Suriyanın siyasi taleyini tamamilə demokratik bir istiqamətdə təyin etməyə çalışacaqlar.
İran prezidenti Həsən Ruhani deyib: Suriyalı-Suriyalı Milli Konqresinin təşkilində məqsəd budur ki, Suriyada yeni əsas qanunun hazırlanmasına zəmin yaransın və onun vasitəsilə bu ölkədə azad və ədalətli bir seçki keçirilsin və bu, bütün region üçün sülh və sabitlik mesajı ola bilər.
Suriyalı-Suriyalı Milli Konqresi İran, Rusiya və Türkiyənin istiqamətləndirmələri ilə Suriya böhranını həll etmək üçün diplomatiya və demokratiya prinsipləri çərçivəsində məntiqli bir yanaşmadır və dəqiqən qarşı tərəfdə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən xaricdəki suriyalı müxaliflərin çərşənbə günü Ərriyadda keçirilmiş görüşünün bəyanatı durur. Bu bəyanatda Suriya xalqının tələbləri və demokratiya prinsipləri nəzərdə tutulmur və Bəşşar Əsəd olmadan siyasi bir prosesin formalaşmasına israr edilir. Bu istiqamətdə Rusiyanın "Russiya Today" telekanalının saytı çərşənbə günü yaydığı siyasi bir şərhdə yazır: İran, Suriya, Rusiya və Türkiyə Suriya böhranının həlli üçün diplomatiyaya üz tutublar, ABŞ və onun müttəfiqləri isə müharibə təmayüllüdürlər; Vaşinqton və onun müttəfiqlərinin Bəşşar Əsədin hakimiyyətdən uzaqlaşdırılması tələbi çoxdandır ki, qüvvədən düşübdür.
İran, Rusiya və Türkiyənin strateji əməkdaşlıqları və rol oynamaqları ilə diplomatiya və eyni zamanda Suriya xalqına hörmət, yeddiillik Suriya böhranının həlli üzrə siyasi poemanın şah beytidir və bu məsələ Soçi görüşündə özünü göstəribdir. Bu istiqamətdə Suriyadakı daxili müxalif qruplardan olan "Ələməl Əlvətəni" heyətinin sədri Mahmud Məri deyib: Soçi görüşünü himayə edirik və onda iştirak edəcəyik, zira onu Suriya böhranının həlli üçün bir başlanğıc hesab edirik.