Noy 23, 2017 20:28 Asia/Baku
  • İraqın Əlcəzirə məntəqəsinin azad edilməsi əməliyyatı başlanıb

İraqda Səlahəddin, Neynəva və Ələnbar vilayətlərinin arasında yerləşən məntəqələrə şamil olan Əlcəzirə məntəqəsinin azad edilməsi əməliyyatı başlanıb.

İraq ordusunun baş qərargahı bildirib ki, Səlahəddin, Neynəva və Ələnbar vilayətlərində bir-birinə bağlı olan çöllüklərdən otuz min kilometrə şamil olan Əlcəzirə məntəqəsinin azad edilməsi əməliyyatının ilk etapı xalq səfərbər qüvvələri və mərkəzi polisin iştirakı, həmçinin İraq ordusu vertolyotlarının dəstəyi ilə başlanıbdır.

Əlcəzirə səhrası Ələnbar vilayətinin Əlhədisə, Səlahəddin vilayətinin Əlsiniyyə və Neynəva vilayətinin Səncar məntəqələri arasında yerləşir.

İraqın Ələnbar vilayətindəki Ravə və Suriyanın cənubundakı Əlbukəmal şəhərlərinin azad edilməsilə İŞİD-in hakimiyyətinə son qoyuldu.

Teqlər