Bağdadda partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287501-bağdadda_partlayış
İraq paytaxtı Bağdad şəhərinin Tunis rayonunda baş verən partlayış nəticəsində ən azı 7 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2017 10:14 Asia/Baku
  • Bağdadda partlayış
    Bağdadda partlayış

İraq paytaxtı Bağdad şəhərinin Tunis rayonunda baş verən partlayış nəticəsində ən azı 7 nəfər ölüb və yaralanıb.

Fars xəbər agentliyi Əssuməriyyə Nyus telekanalına istinadən məlumat verib ki, bu gün Bağdadın cənubunda bir bazarın yaxınlığında bomba partladılıb və nəticədə bir nəfər ölüb 6 nəfər də yaralanıb. 

Bu xəbərin yayılmasından az sonra İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Səd Məən Əl-Ənbar vilayətində iki anbarın partladılmasından xəbər verib. Deyilənlərə görə, iki iraqlı mühəndis qrupu İŞİD dövründən qalan iki hərbi sursat anbarını məhv ediblər. Birinci anbar Əl-Kərəmə və ikinci anbar Əl-Cəsərəl-Yabaninin yaxınlığında yerləşirmiş. Hadisənin insan tələfatı olmayıb.