İraqın şimal zonaları terrorçulardan təmizlənir
Dek 05, 2017 19:52 Asia/Baku
-
İraqın şimal zonaları terrorçulardan təmizlənir
İraqın müştərək qüvvələri Səlahəddin vilayətində terrorçular tərəfindən qazılmış tunellərin və Kərkük vilayətinin Əl-Hüveycə adasının təmizlənilməsi əməliyyatını gücləndiriblər.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Kərkük və Səlahəddin vilayətləri arasında yerləşən Əl-Hüveycə bölgəsində İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularının ərazidən qaçmazdan öncə quraşdırdıqları 150-dən çox bomba və partlayıcı qurğunu aşkar edərək zərərsizləşdiriblər.