İraq-Suriya sərhədində bir qrup terrorçu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288743-İraq_suriya_sərhədində_bir_qrup_terrorçu_məhv_edilib
İraq ordusu bu ölkənin Suriya ilə sərhəd məntəqələrinə olan hücumlarında 16 terrorçunu öldürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 06:16 Asia/Baku
  • İraq-Suriya sərhədində bir qrup terrorçu məhv edilib
    İraq-Suriya sərhədində bir qrup terrorçu məhv edilib

İraq ordusu bu ölkənin Suriya ilə sərhəd məntəqələrinə olan hücumlarında 16 terrorçunu öldürüb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Əlcəzirə əməliyyatının komandanı Əbdüləmir Rəşid Yarallah cümə günü deyib: İraq ordusu və Həşdüşşəbi qüvvələri Neynəva və Əl-Ənbar vilayətləri arasında yerləşən məntəqələrin İraq-Suriya sərhədlərinə kimi terrorçulardan təmizlənməsi əməliyyatına başlayıblar. 

Onun dediyinə görə, bu əməliyyat Əlcəzirə və Fərat çayının sahillərinin terrorçulardan təmizlənməsi əməliyyatının ikinci mərhələsidir.