İbrahim Əlcəfəri: İraqın İŞİD-ə qalib gəlməsi, xalqın birliyinin nəticəsidir
-
İbrahim Əlcəfəri: İraqın İŞİD-ə qalib gəlməsi, xalqın birliyinin nəticəsidir
İraqın xarici işlər naziri İraqın İŞİD terrorizmi üzərindəki qələbəsinə toxunaraq, bu nailiyyəti bütün İraq xalqının vəhdətinin nəticəsi adlandırıb.
İraqın xarici işlər naziri İbrahim Əlcəfəri bu gün milli barışıq məqsədilə keçirilən İraq elitasının konfransında regionun və ərəb dünyasının bugünkü durumundan təəssüflənərək, İraqda milli barışıq barədə deyib: İraq ictimaiyyətinin bir-birilə problemi yoxdur və bu barışıq əslində mövcuddur, amma bu barışığın əsasının qoyulmasına və davam etməsinə ehtiyac var.
İraqın xarici işlər naziri sonra deyib: Bir çoxları İraqdakı etnik və dini müxtəliflilik yolu ilə bu ölkəyə və xalqa xələl gətirməyə çalışdılar, amma bacarmadılar və İraq xalqı son dərəcə öz birliyinə diqqət yetirir, lakin eyni zamanda, ölkədə birlik yaradan hərəkətlərin artmasına ehtiyac var.
O, əlavə edib: İraq digər ölkələr kimi, bu vəzifələrə yiyələnmək üçün iri pullar xərcləmədən hazırda BMT-də on altı beynəlxalq vəzifəyə malikdir.
Bu mərasimdə İƏT-in baş katibi Yusif bin Əhməd Ələsimin də iştirak edib. O, öz çıxışında barışığı İraq ictimaiyyəti üçün bir zərurət adlandırıb və belə deyib: İraqda sabitlik və müqavimət bütün regionda sabitlik və müqavimət deməkdir və İraqda İŞİD sonrası dövr islahat və milli barışıq dövrü olmalıdır ki, daha bu ölkədə İŞİD təcrübəsi təkrar olmasın.