İordan çayının qərb sahilində sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289085-İordan_çayının_qərb_sahilində_sionistlərlə_fələstinlilər_arasında_şiddətli_toqquşmalar_baş_verib
İnformasiya qaynaqları İordan çayının qərb sahilində fələstinlilərlə sionist hərbçilər arasında şiddətli toqquşmaların baş verməsindən xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 12, 2017 11:43 Asia/Baku
  • İordan çayının qərb sahilində sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib
    İordan çayının qərb sahilində sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib

İnformasiya qaynaqları İordan çayının qərb sahilində fələstinlilərlə sionist hərbçilər arasında şiddətli toqquşmaların baş verməsindən xəbər verib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsindən sonra İordan çayının qərb sahilində bir neçə gündür ardıcıl olaraq fələstinlilərlə sionist hərbçilər arasında gedən toqquşmalar şiddətlənib. 

Şiddətli toqquşmalar bu gün səhərdən xüsusiylə Beyt Ləhm və Beyn Eynun eləcə də Əl-Xəlil şəhərlərində başlanıb. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, bu toqquşmalarda 12 fələstinli, o sıradan bir neçə uşaq həbs olunub. 

Fələstinli qruplar bu günu də qəzəb günü elan ediblər və xalqı sionist hərbçilərlə qarşılaşmağa çağırıblar. 

İordan çayının qərb sahili və Qəzzə zolağının bütün şəhərləri son günlər Trampın Beytül-Müqəddəs barədə qərarına qarşı geniş etiraz aksiyalarının şahididir.