Qərb sahilində fələstinlilər və sionist rejim hərbçiləri ilə qarşıdurmalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289201-qərb_sahilində_fələstinlilər_və_sionist_rejim_hərbçiləri_ilə_qarşıdurmalar_davam_edir
Qəzzə Zolağının işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqələri habelə, Qərb Sahilində yerləşən Nablos və Əlxəlil şəhərləri hələ də fələstinlilər və İsrail hərbçiləri arasında toqquşmaların şahididir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2017 16:50 Asia/Baku
  • Qərb sahilində fələstinlilər və sionist rejim hərbçiləri ilə qarşıdurmalar davam edir

Qəzzə Zolağının işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqələri habelə, Qərb Sahilində yerləşən Nablos və Əlxəlil şəhərləri hələ də fələstinlilər və İsrail hərbçiləri arasında toqquşmaların şahididir.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Qərb Sahilində və Qəzzə Zolağına fələstinlilər və İsrail hərbçiləri arasında ağır toqquşmalar baş verib.

Qərb Sahilində fələstinlilər bu gün də ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasına etiraz məqsədi ilə aksiya keçiriblər.

İsrail hərbçiləri aksiya iştirakçılarına tərəf gözyaşardıcı qaz bombaları və döyüş güllələrindən atəş açıblar. Onlarla nəfər yaralanıb.

İsrail ordusu həmçinin, Qərb Sahilində, Əl-Birə şəhərinin girəcəyində 5 fələstinli gənci həbs ediblər.

Sionist rejim Trampın Qüdslə bağlı qərarına etirazların başlandığı ilk gündən bəri 260 fələstinlini əsir alıb. Qarşıdurmalarda 1900 fələstinlinin də yaralandığı deyilir.