Yəmən Ali İnqilab Komitəsinin sədri: İrandan raket almırıq \ ABŞ Yəməndə məğlub olub
-
Yəmən Ali İnqilab Komitəsinin sədri: İrandan raket almırıq \ ABŞ Yəməndə məğlub olub
Yəmənin Ali İnqilab Komitəsinin sədri cümə günü ABŞ-ın Ərəbistana atılan raketin İrana məxsus olması ilə bağlı iddiasını rədd edərək, deyib: Vaşinqtonun bu iddiada məqsədi Yəmən xalqını qırğın etməsi üçün Ərəbistana silah satmasını ört-basdır etməkdir.
İRNA-nın məlumatına görə, Məhəmməd Əli Husi öz Tvitter səhifəsində yazıb: "Əgər ABŞ-ın iddiasına görə İran bizi raketlə təmin edirsə, o zaman Tehrandan hava hücumundan müdafiə raketləri alardıq".
Məhəmməd Əli Husi amerikalıların Yəmən xalqını məhv etmək istədiyini deyərək, əlavə edib: Vaşinqton Yəmən müharibəsində istər siyasi, istərsə də savaş meydanında məğlub olub.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi cümə axşamı İran istehsalı olan bir raketin qalıqları adlandırdığı bir yığın dəmir parçasının önünə keçərək, İrana qarşı şou təşkil edib.
Ərəbistan 2015-ci ilin martından ABŞ-ın yaşıl işığı ilə və bu ölkədən aldığı raketlər və bombalar ilə Yəmən xalqını qırğın edir. Dənizdən, havadan və qurudan mühasirədə saxlanılan Yəmən xalqının başına fasiləsiz olaraq bomba yağdıran Ərəbistan bu ölkəyə humanitar yardımların çatdırılmasına da mane olur.