ABŞ İslam ümmətinin düşməninə çevrilib
-
ABŞ İslam ümmətinin düşməninə çevrilib
Fələstin İslam Cihadı Təşkilatının sözçüsü vurğulayıb ki, Amerika dövləti ərəb və müsəlman ümmətlərinin düşməninə çevrilibdir.
Davud Şəhab Əlməyadin telekanalı ilə müsahibədə ərəb ölkələrindən istəyibdir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensin bu ölkələrə səfərilə müxalifət etsinlər.
Şəhab deyib: Amerikanın vitse-prezidentinin səfər edəcəyi ərəb ölkələrinin xalqlarına deyirik ki, bu səfəri rədd etməlisiniz. Onu ayaqqabı tayı ilə qarşılamalısınız. İraqda Muntəzir Əlzeydinin Corc Buşa tərəf ayaqqabı tayını tullama hərəkətini ABŞ-ın vitse-prezidenti barədə təkrar etməlisiniz. Amerika dövləti ərəb və müsəlman ümmətlərinin düşməninə çevrilibdir. Ərəb və İslam ölkələri Amerikanı iqtisadi, mediya, siyasi və akademik cəhətdən boykot etməlidirlər. O, əlavə edib: Bütün fələstinli qruplar hazır vəziyyətdədirlər. Heç bir məsələ Qüds və onu müdafiə məsələsi kimi Fələstin xalqını birləşdirə bilməz. Fələstinli qruplar Fələstin xalqını intifazəyə və işğalçılarla qarşılaşmaya doğru istiqamətləndirməyə çalışırlar. Bizim hamımızın məqsədi, Donald Trampın düşmənçilik qərarını pozmaqdır. O, belə qeyd edib: Amerika real təcriddə qalıbdır ki, Qüdsün azad edilməsinin başlanğıcı və Qüds üçün bir qələbədir. Biz intifazəni genişləndirmək üçün proqramlaşdırma aparmağa çalışırıq. Biz qərb sahilinin şəhərlərində geniş fələsinli aksiyalarının şahidiyik. İşğalçı hərbçilərin yerləşdikləri məkanların yaxınlığında və sərhəd məntəqələrində aksiya keçirən bütün fələstinli gəncləri salamlayırıq. Oslo razılaşması ləğv edilməli və işğalçılarla hər cür təhlükəsizlik koordinasiyası dayandırılmalıdır. İşğalçılarla sülh prosesinin uğursuz qalması elan olunmalıdır. Fələstinlilər sülh prosesi üçün yeni vasitəçinin təyin olunmasını istəmirlər. Onlar qəsbkarlarla tam sülhün uğursuzluğuna təkid edirlər.