Əl-Xəlil və Tul-Kərəm tələbələri işğalçı qüvvələrlə toqquşdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289577-Əl_xəlil_və_tul_kərəm_tələbələri_işğalçı_qüvvələrlə_toqquşdu
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində əl-Xəlil və Tul-Kərəm şəhər sakinləri ilə güclü toqquşması nəticəsində bir qrup fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 17:59 Asia/Baku
  • Əl-Xəlil və Tul-Kərəm tələbələri işğalçı qüvvələrlə toqquşdu
    Əl-Xəlil və Tul-Kərəm tələbələri işğalçı qüvvələrlə toqquşdu

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində əl-Xəlil və Tul-Kərəm şəhər sakinləri ilə güclü toqquşması nəticəsində bir qrup fələstinli yaralanıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Əl-Xəlilin şimalında əl-Urub İnstitutunun bir qrup tələbəsi bazar günü sionist rejim hərbçilərinin institutun həyətinə gözyaşardıcı qazlar atması nəticəsində boğulma ilə üzləşib. 

Həmçinin əl-Xəlilin cənubunda əl-Qəvar düşərgəsinin əsas girişində işğalçı hərbçilərlə qarşıdurmalar baş verib. Sionist hərbçilər Tul-Kərəmdə də şəhərin qərbində əl-Xəzuri İnstitutunun həyətində etirazçı tələbələrə hücum ediblər.