Sionist hərbçilər qərb sahilinə basqın ediblər
Dek 20, 2017 10:34 Asia/Baku
Sionist hərbçilər qərb sahilində yerləşən Nablus şəhərinə basqın edib, fələstinli gənclərlə toqquşublar.
Sionist hərbçilər qırx ədəd hərbi avtomobillə Həvarə məntəqəsindən Nablus şəhərinə hücum ediblər. Onlar fələstinli gənclərin Həzrət Yusif Peyğəmbərin məqbərəsi yaxınlığındakı Bəlatə hava limanına və Oman küçəsinə daxil olmalarının qarşısını almaq üçün onlara tərəf hərbi güllələr və gözyaşardıcı qaz işlədiblər. Bu toqquşmalarda bir qrup fələstinli yaralanıb.
Belə bir halda, fələstinli gənclər də sionist işğalçılar və sionist qəsəbə sakinlərilə mübarizə aparmaq üçün küçələrdə şinləri yandıraraq, onların Nablusun şərqində yerləşən Həzrət Yusif Peyğəmbərin məqbərəsinə daxil olmalarının qarşısını alıblar.
Teqlər