Lavrov: Moskva Qüdsə dəstəyi davam etdirəcək
Rusiyanın xarici işlər naziri Moskvanın Fələstinə və Qüdsə olan dəstəyinin davam edəcəyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada Fələstin muxtariyyəti başçısının müşaviri Nəbil Şəəs ilə görüşdə deyib: Rusiya Qüds məsələsinin səmərəli istiqamətə qayıdışı üçün əlindən gələni edəcək.
Rusiyanın xarici işlər naziri bildirib ki, Moskva Qüdsün vəziyyətindən narazıdır.
Lavrov deyib: Rusiya prezidenti Vladimir Putin ardıcıl surətdə Moskvanın Qüdsü himayə üzrə mövqeyini bildirib və Fələstin muxtariyyətinin başçısı ilə telefon əlaqələrində onu vurğulayıbdır.
Rusiyanın xarici işlər naziri həmçinin deyib: Moskva qəti şəkildə fələstinlilərə yardımları davam etdirəcəkdir.
ABŞ prezidenti Donald Trampın Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üzrə qərarı geniş beynəlxalq müxalifətlə üzləşib və Fələstini ölkələrin diqqət mərkəzində qərar veribdir.