Bağdad Ərbillə müzakirə şərtlərini elan edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290327-bağdad_Ərbillə_müzakirə_şərtlərini_elan_edib
İraq dövlətinin yüksək səviyyəli rəsmi mənbələri bildiriblər ki, bu ölkənin baş naziri Heydər Əl-İbadi Ərbilin hərhansı müzakirədən öncə icra etməli olduğu ön şərtlərdən ibarət siyahının təqdim olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2017 09:41 Asia/Baku
  • Bağdad Ərbillə müzakirə şərtlərini elan edib
    Bağdad Ərbillə müzakirə şərtlərini elan edib

İraq dövlətinin yüksək səviyyəli rəsmi mənbələri bildiriblər ki, bu ölkənin baş naziri Heydər Əl-İbadi Ərbilin hərhansı müzakirədən öncə icra etməli olduğu ön şərtlərdən ibarət siyahının təqdim olunmasından xəbər verib.

İSNA-nın verdiyi məlumata görə, bir iraqlı nazir İraq dövlətinin Ərbillə müzakirələrin başlanması üçün 13 şərt irəli surduyunu bildirərək deyib: İraq Kürdüstanında keçirilmiş referendumun nəticələrinin rəsmən ləğv edilməsi, bütün sərhəd keçidləri və hava limanlarının rəsmi bağdada təhvil verilməsi, İraq Kürdüstanının neft və qeyri-neft gəlirlərinin və vergi gəlirlərinin mərkəzi hökumətin ixtiyarına verilməsi həmin şərtlərə daxildir. 

İraqlı nazir həmçinin Kürdüstan məntəqəsində axtarışda olanların təhvil verilməsi, Kürdüstan bölgəsinin 2003-cü il bölgü xəttinə qayıtması, peşmərgələrin İraqın Müdafiə Nazirliyinə qoşulmasını Bağdadın digər şərtləri kimi sadalayıb və deyib: Bu şərtlər İraqın Konstitusiyası ilə ziddiyət təşkil etmir və Ərbil ilə müzakirələrin başlanması üçün əsas şərtlər sırasındadır.