İordan çayının qərb sahilində bir neçə fələstinli saxlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290445-İordan_çayının_qərb_sahilində_bir_neçə_fələstinli_saxlanılıb
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək bir qrup fələstinlini saxlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2017 16:48 Asia/Baku
  • İordan çayının qərb sahilində bir neçə fələstinli saxlanılıb

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək bir qrup fələstinlini saxlayıblar.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri bu gün çərşənbə günü fələstinlilərə qarşı düşmənçilik hərəkətlərinin davamında İordan çayının qərb sahilində müxtəlif bölgələrə basqın edərək fələstinli gənclərlə toqquşublar.

Livanın əl-Məyadin televiziyası Fələstin Əsirlərinə Dəstək Cəmiyyətinə istinadla bildirib: ABŞ prezidenti Donald Trampın 6 dekabrda Qüdsü sionist rejimin paytaxtı elan etdiyi vaxtdan indiyə qədər 610 fələstinli sionist hərbçilər tərəfindən saxlanılıblar. Saxlanılanlar arasında 170 uşaq və yeniyetmə və 12 qadın vardır.

Donald Tramp 6 dekabrda Qüdsü İsrail rejiminin paytaxtı elan etdi və eyni zamanda ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsinə fərman verdi.

Trampın qərarından sonra Fələstinin müxtəlif bölgələri Qüdsə dəstək aksiyalarının şahididir. Sionist rejim hərbçiləri isə var-gücləri ilə bu etiraz aksiyalarını yatırırlar.

Bu arada Fələstinin Səhiyyə Nazirliyi bildirib: Trampın Qüds əleyhinə qərarından sonra qarşıdurmalarda 11 fələstinli şəhid olub.