Dek 28, 2017 12:29 Asia/Baku
  • Yəmənin yeni dəniz raket bazası istifadəyə verilib
    Yəmənin yeni dəniz raket bazası istifadəyə verilib

Yəmən ordusu dünən bu ölkənin "Məndəb 1" yeni dəniz raket bazasını istifadəyə verib.

İRİB-in verdiyi məlumata görə, Yəmən ordusu bu yeni raket bazasının dəniz hədəflərini məhv etməkdə böyük potensiala malik olduğunu bildirərək deyib: "Məndəb 1" raket bazasının inşası texnoligiyası düşmənin sirrini aça bilməyəcəyi formadadır. 

Yəmənin Ali Siyasi Şurasının sədri deyib: İndiyədək yəmənli qüvvələrin raket qabiliyyəti barədə deyilənlər bu qüvvələrin gücünün sadəcə kiçik bir hissəsidir. 

Salih Əssəmad deyib: Yəmənli qüvvələr kimsənin diamitri və dağıdıcılıq gücünü təxmin edə bilmədiyi raketlərə malikdirlər. 

Yəmənin Səudiyyə Ərəbistanı tərəfində hərtərəfli mühasirəsinə rəğmən Yəmən ordusu və xalq komitələri gün-gündən güclənirlər. 

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayında ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı hərbi müdaxilə etmiş, bu ölkəni quru, dəniz və havadan mühasirəyə almışdır. Səudiyyə Ərəbistanının təcavüzləri nəticəsində Yəməndə indiyədək on minlərlə insan ölüb və yaralanıb və milyonlarla yəmənli didərgin həyatı yaşamalı olub. 

Səudiyyə rejimi və Amerika Yəmən xalqının müqavimətinə görə öz adamlarını Yəməndə hakimiyyətə gətirmək niyyətlərinə  nail olmayıblar. 

Teqlər