İslami Cihad qəzəb cüməsi aksiyalarına çağırıb
-
İslami Cihad qəzəb cüməsi aksiyalarına çağırıb
Fələstin İslami Cihad Hərəkatı fələstinliləri cümə günü Qüds və Məscidül-Əqsaya dəstək aksiyasına çağırıb
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatı bir bəyanat yayaraq bildirib ki, qəzəb nümayişləri sabah cümə namazından sonra Qəzzə zolağının şimalında Beyt Lahiyada İzzəddin Qəssam məscidi qarşısından başlanacaq.
Eyni zamanda İordan çayının qərb sahilinin şimalında Nablosda sionistlərin atəşləri nəticəsində 20 fələstinli yaralanıb, sionist şəhərcik sakinlərinin atəşləri nəticəsində isə iki fələstinli xəsarət alıb.
14 fələstinli də İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist hərbçilər tərəfindən həbs edilib.
Fələstin xalqı ötən həftə də üçüncü qəzəb cüməsində küçələrə axışdı və ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanımasını pislədi.
Trampın Qüdsə qarşı qərarından sonra İordan çayının və Qəzzə zolağının müxtəlif bölgələri fələstinlilərlə sionist işğalçılar arasında toqquşma meydanına çevrilib.
ABŞ prezidenti 2017-ci il 6 dekabrda Qüdsü sionist rejimin paytaxtı tanıdı , onun bu qərarı dünya səviyyəsində geniş etirazlara səbəb oldu.