Dek 30, 2017 10:11 Asia/Baku
  • Yəmən Ənsarullahı Ərrəyadı raketlə hədəfə alıb
    Yəmən Ənsarullahı Ərrəyadı raketlə hədəfə alıb

Yəmən mənbələri Səudiyyə Ərəbistanının Ərrəyadda yerləşən Müdafiə Nazirliyinin bir ədəd ballestik raketlə hədəfə alınmasından xəbər veriblər.

Əl-Aləm telekanalı Yəmən inqilabının Ali Şurasının sədri Məhəmmədəli Əl-Həusiyə istinadla bildirib ki, yəmənli qüvvələr dünən axşam qabağı Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini bir ədəd raketlə hədəfə alıblar. Bu təşəbbüs Səudiyyənin başçılıq etdiyi təcavüzkar hücumların artmasına cavab olaraq həyata keçirilib. 

Yəmənin hava hücumundan müdafiə bölməsi də bildirib ki, bu bölmə qüvvələri dünən Səudiyyə Ərəbistanı ilə sərhəd keçidi ərazisində səudiyyənin bir ədəd casusluq təyyarəsini məhv edib. 

Yəmənin raket bölməsi cümə axşamı da Məarib şəhərində Səudiyyə muzdlularının qərargahına qarşı katyuşa raketlərindən istifadə edib və bu hücum nəticəsində bir neçə muzdlu ölüb və yaralanıb. 

Teqlər