ABŞ-ın iraqlılar üçün nəhs müraciəti
-
ABŞ-ın iraqlılar üçün nəhs müraciəti
Bir çoxlarının İŞİD terror qrupunun sonunun ABŞ-ın İraqdakı hərbi iştirakı üçün son olacağını gözlədikləri bir halda, Vaşinqton öz qüvvələrinin İraqda qalacağını elan edərək, 2018-ci ilin əvvəlində bu ölkənin ümumi fikri üçün ən pis müraciət göndərdi.
ABŞ prezidenti Donald Trampın Vaşinqtonun rəhbərliyi altında olan beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brit Mak Qurk bir müraciətdə iddia edibdir ki, amerikalı qüvvələr İraqda İŞİD-in yeni variantının meydana gəlməsinə mane olmaq üçün bu ölkədə qalacaqlar.
Bu məlumata görə, ABŞ dövləti özünün 2018-ci il büdcəsində ehtimal olunan təhdidlər qarşısında "İraq qüvvələrinə dəstək" adlandırdığı məsələ üçün bir milyard 300 milyon dollar vəsait istəyibdir.
Amerikalı təhlükəsizlik ekspertləri və medialar, o sıradan Vaşinqton Post qəzeti proqnoz ediblər ki, amerikalı hərbçilərin İraqda iştirakı məsələsi 2018-ci ilin mübahisəli məsələlərindən olacaq, zira onların qənaətincə, Amerika hərbçilərinin ötən üç ildə İraqda iştirak etmələri konkret strategiyadan uzaq olub və regionda bu qüvvələrə olan ümumi nifrətə görə, onların iştirakı stabillik və asayiş yerinə, nigarançılıq və çaxnaşma yaradıbdır.