Yan 05, 2018 10:08 Asia/Baku
  • Pakistan: ABŞ ilə əməkdaşlıqlara yenidən baxılacaq

Pakistanın BMT-dəki səfiri ölkəsinin ABŞ-ın maliyyə yardımlarına görə terrorizm ilə müharibədə iştirak etmədiyini deyərək, Vaşinqtonun İslamabada qarşı düşmənçilik mövqeyini davam etdirəcəyi təqdirdə, bu ölkə ilə əməkdaşlıqlarına yenidən baxacağını deyib.

Pakistanda çıxan "Davn" qəzetinin yazdığına görə, Məlihə Ludhi cümə axşamı Trampın Pakistanla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq deyib: Əgər Amerika Pakistanın terrorizm ilə mübarizədəki səylərini qiymətləndirmək istəmirsə, bu ölkədən əməkdaşlıq də gözləməməlidir. 

Pakistanın BMT-dəki nümayəndəsi əlavə edib: ABŞ-ın yeni dövlət başçısının baxışlarının əksinə olaraq Pakistan terrorizm əleyhinə mübarizədə ən böyük paya malikdir və bu mübarizədə ən çox zərər çəkən tərəf də elə Pakistandır. 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü, 2018-ci ilə olan ilk tvitində bir daha Pakistanı radikal ünsürlərə sığınacaq verməkdə və bu xüsusda yalançılıqda ittiham edərək, İslamabadı bu ölkəyə olan maliyyə  yardımlarını kəsməklə təhdid etmişdi. 

Teqlər