Yan 07, 2018 09:24 Asia/Baku
  • İraqda partlayış; 3 nəfər həlak olub
    İraqda partlayış; 3 nəfər həlak olub

Şənbə günü İraqın Diyalə vilayətində törədilən partlayışlarda ən azı 3 nəfərin həyatını itirdiyi bildirilir.

İRİB-nin verdiyi məlumata görə, İraqın Diyalə vilayətində, Nəcah məntəqəsində bomba quraşdırılmış bir avtomobilin partladılmasından bir neçə dəqiqə sonra, bir terrorçu kamikadze də Heysəm Əl-Hum adlı yeməkxanaya daxil olaraq, üzərindəki partlayıcı qurğunu işə salıb. 

İraqın təhlükəsizlik qüvvələri bu hadisənin ardınca partlayış məkanını mühasirəyə alaraq, axtarış əməliyyatına başlayıblar. 

Bu terror hadisəsindən bir gün öncə Nəcah qəbiləsinin başçısı Şeyx Heysəm Əl-Hum bəzi sünni qəbilə başçılarına öz adını daşıyan yeməkxanada ziyafət təşkil etmiş və Diyalə vilayətində, xüsusilə Bəqubədə qalan İŞİD terrorçuları ilə mübarizə aparmaq üçün hazırlıqdan xəbər vermişdi. 

İraqdan daxil olan bir başqa məlumata görə, İraq ordusu şənbə günü bildirib ki, İŞİD terrorçularının Mosul şəhərinin qərbində həyata keçirmək istədikləri terror aktı, partlayışın törədilməsindən öncə zərərsizləşdirilib. Bu əməliyyatda 9 terrorçu məhv edilib. 

Teqlər