Yan 07, 2018 10:09 Asia/Baku
  • İraqın baş naziri: Güclü ordu qurmaq istəyirik
    İraqın baş naziri: Güclü ordu qurmaq istəyirik

İraqın baş naziri Heydər İbadi ölkəsini müdafiə edə biləcək güclü və milli bir ordunun yaradılması üzrə işlərə başlandığını elan edib.

İRİB-nin verdiyi məlumata görə, Heydər İbadi İraq ordusunun yaradılmasının 97-ci ildönümü münasibəti ilə etdiyi müraciətdə deyib: İraq öz sabitliyi və təhlükəsizliyini ordu və digər təhlükəsizlik qüvvələrinin ölkəyə təqdim etdiyi qanlara borcludur. 

İraqın baş naziri ordunu milli nailiyyətlərin qoruyucusu və ölkənin müstəqilliyi və iqtidarının müdaciəçisi adlandırıb və deyib: Ölkənin müstəqilliyini və mövqeyini qoruya biləcək güclü və milli ordunun yaradılması bir zərurətdir. 

İbadi həmçinin, ölkənin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi və sabitliyin qorunmasındakı fədakarlıqlarına görə, İraq ordusuna təşəkkür edib. 

İraq ordusu 1921-ci ildə yaradılıb. 

Teqlər