Yan 08, 2018 17:58 Asia/Baku
  • Əl-İbadi: Həşdüşşəbiyə qarşı plan məğlubiyyətə uğrayıb
    Əl-İbadi: Həşdüşşəbiyə qarşı plan məğlubiyyətə uğrayıb

İraqın baş naziri deyib: İraq ordusunu xalq səfərbər qüvvələrinə(Həşdüşşəbi) qarşı qıcıqlandırmaq istiqamətində gedən bütün cəhdlər müvəffəqiyyətsizliyə uğrayıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi dünən Nəcəf vilayətində verdiyi bəyanatda deyib: İraq Federal Dövləti təhlükəsizlik qüvvələri arasında fərq qoymur. 

Heydrə Əl-İbadi deyib: İraq xalqı İŞİD-ə qalib gələrək böyük qələbə əldə edib buna görə də onun fədakarlıqlarını unutmaq olmaz əksiə bu qələbədən dərs almaq lazımdır. 

Əl-İbadi deyib: İraqın təhlükəsizlik qüvvələrinin heç biri arasında fərq qoymamalıyıq ona görə ki, bütün bu qüvvələr hərbçidir və Silahlı Qüvvələrin Baş Komandanının əmrindədir. 

İŞİD terrorçuları İraqın bəzi bölgələr və şəhərlərini işğal etdikdən sonra 2014-cü ildə İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin fitvası ilə Həşdüşşəbi qüvvələri yaradıldı və 2016-cı ildə İraq parlamentinin razılığı ilə bu qüvvələr Daxili İşlər Nazirliyinin və İraqın Silahlı Qüvvələri Baş Qərargahının əmrinə keçdi. 

Heydər Əl-İbadi dünən Nəcəf valisi ilə görüşündə bu vilayətdə abadlıq və sosial xidmətlərin bərpası yollrını müzakirə edib. 

Nəcəf vilayətinin yerli rəsmiləri və parlamentdəki nümayəndələri bu vilayətdə yenidənqurma layihələri qarşısında duran problemləri şərh ediblər. 

Teqlər