2017-ci ildə İsrail hərbçiləri 15 fələstinli uşağı şəhid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291825-2017_ci_ildə_İsrail_hərbçiləri_15_fələstinli_uşağı_şəhid_ediblər
Uşaqları Müdafiə Beynəlxalq Hərəkatının verdiyi məlumata görə, İsrail hərbçiləri 2017-ci ildə Qəzzə zolağı, Qərb Sahili və Qüdsdə 15 fələstinli uşağı şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 08:41 Asia/Baku
  • 2017-ci ildə İsrail hərbçiləri 15 fələstinli uşağı şəhid ediblər
    2017-ci ildə İsrail hərbçiləri 15 fələstinli uşağı şəhid ediblər

Uşaqları Müdafiə Beynəlxalq Hərəkatının verdiyi məlumata görə, İsrail hərbçiləri 2017-ci ildə Qəzzə zolağı, Qərb Sahili və Qüdsdə 15 fələstinli uşağı şəhid ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Uşaqları Müdafiə Beynəlxalq Hərəkatının Fələstin qolu çərşənbə axşamı bir hesabat yayaraq, bildirib: 2017-ci ildə 12 fələstinli uşaq sionist hərbçilər tərəfindən güllə ilə vurularaq şəhid edilib. Onlardan 4-ü toqquşmalarda, 3-ü sionist hərbçilərin pusqusunda, 5-i isə İsrail hərbçilərinin iddiasına görə müqavimət əməliyyatı həyata keçirmək istəyərkən şəhid edilib.

Daha 3 fələstinli uşaq isə İsrail ordusunun Qərb Sahili və Qəzzə zolağına olan hücumlarında şəhid edilib.