Yan 15, 2018 18:20 Asia/Baku
  • Heydər əl-İbadi terrorizmlə mübarizə üçün yeni göstəriş verib
    Heydər əl-İbadi terrorizmlə mübarizə üçün yeni göstəriş verib

Bağdadda terror partlayışları ardınca, İraq baş naziri bu ölkədə gizlənmiş terror qruplarının təqib olunmasına göstəriş verib.

Əl-Aləm televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadinin ofisi bazar ertəsi günü bir bəyanat verərək bildirib: Əl-İbadi bu ölkənin təhlükəsizlik qurumlarının rəhbərləri və rəsmiləri ilə iclas təşkil edib. İclasda İŞİD-ə bağlı yeraltı qrupları və ünsrlərinin təqib olunması, cəzalandırılması və İraq vətəndaşlarının təhlükəsizliyinin qorunması üzrə lazımi göstərişlər verilib.

Bazar ertəsi günü İraq paytaxtı Bağdadın mərkəzində iki kamikadzenin terror aktları törətməsi nəticəsində təxminən 140 nəfər həlak olub və yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Press TV televiziyası bu iki terror aktında 38 nəfərin həlak olduğunu, 100 nəfərin də yaralandığını bildirib.

İraq baş naziri ofisinin bəyanatına əsasən, Heydər əl-İbadi əl-Anbar vilayətinin Fəllucə şəhərində İŞİD-ə bağlı terror qrupunun üzvlərinin təqib və həbs olunması üzrə göstəriş verib.

Bu arada İraqın əl-Anbar vilayətində təhlükəsizlik rəsmisi bildirib: Fəllucə polis əməkdaşları İŞİD-ə bağlı bir terror dəstəsini məhv ediblər.

Bu terror dəstəsi Fəllucənin cənubunda Əş-Şühəda məhəlləsində fəaliyyət göstərirmiş və onun üzvləri məhəllə sakinlərindən bac alırmışlar.

Teqlər