Yan 16, 2018 12:22 Asia/Baku
  • Netanyahu: İranın nüvə proqramı barədə Trampla eyni fikirdəyik
    Netanyahu: İranın nüvə proqramı barədə Trampla eyni fikirdəyik

Sionist rejimin baş naziri deyib ki, onun İranın nüvə proqramı barədəki mövqeyi məhz ABŞ prezidenti Donald Trampın mövqeyidir.

Benyamin Netanyahu onu Hindistan səfərində müşayiət edən jurnalistlər qarşısında iddia edib ki, nüvə anlaşmasında dəyişiklər yaratmaqla İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışır.

Sionist rejimin baş naziri bildirib ki, bu rejim həmin məsələdə Amerikanın kənarındadır.

Netanyahunun bu gülünc ifadələri elə bir haldadır ki, BMT, bu təşkilatın təhlükəsizlik şurası və MAQATE indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu vurğulayıblar.

Teqlər