Heç vaxt İranı ərəblər üçün bir problem hesab etmək olmaz
-
Heç vaxt İranı ərəblər üçün bir problem hesab etmək olmaz
İraqın milli təhlükəsizlik müşaviri Falih Əlvəyyaz deyib ki, sionist rejim ərəblər üçün bir mövcudluq problemi, İran İslam Respublikası isə ərəblər üçün bir müttəfiqdir.
İraqın milli təhlükəsizlik müşaviri əlavə edib: Ərəb-İran əlaqələrindən söz gedərkən İraqın adı həmişə qeyd olunmalıdır. İraq, İran İslam Respublikası ilə yanaşı, terrorizmlə savaş illəri boyunca bu ölkə ilə xüsusi və fərqli əlaqələrə malikdir. Biz təcrübə və tanışlığa malikik və iddiamız budur ki, İran İslam Respublikasının terrorizmlə mübarizə və regional sabitlik sahələrində, eləcə də digər əməkdaşlıq sahələrindəki real münasibətlərindən xəbərdarıq.
Bu regionun siyasi inkişafa malik olmasının vaxtı gəlib çatıbdır. Siyasi inkişaf da real təhlükələrdən çəkinmədə, həqiqi və birgə maraqlarda özünü göstərir. Heç vaxt İranı ərəblər üçün bir problem hesab etmək olmaz. Bəziləri istəyiblər ki, sionist rejimi dost kimi qələmə versinlər və bizə belə göstərsinlər ki, İran ərəblər üçün bir problemdir. Ərəblərin milli təhlükəsizliklərini hədələyən xətərlərə dəqiq baxış sübut edir ki, İran heç bir vəchlə yüksək ərəb milli maraqları üçün bir təhlükə deyil, əksinə tərəqqi və sabitliyə, eləcə də Türkiyə kimi digər ölkələrlə qarşılıqlı maraqlara və həmkarlığa söykənən sabitliyə kömək edəcək böyük strateji şərik olmaq hazırlığına malikdir.
Qardaşlar, xəyali düşmənlər yaratmaq əvəzinə, real düşməni tanımalı və təqdim etməliyik. Realizm odur ki, böyük maraqlarla anlaşaq və onların qorunması üçün çalışaq. Sionist rejim ərəblər üçün bir mövcudluq problemidir. İran İslam Respublikası isə ərəblər üçün bir müttəfiqdir. Türkiyə bir müttəfiq və şərikdir. İraq İranla çox uzun quru və dəniz sərhədlərinə malikdir. İran-İraq əlaqələrinin mahiyyəti ərəb-İran əlaqələrinin istiqamətinin yaranmasında çox mühümdür və regionun gələcəyi və onun xalqlarının sabitliyi, inkişafı və rifahı üçün önəmlidir.