Yəməndən Ərəbistanın cənubuna raket atılıb
-
Yəməndən Ərəbistanın cənubuna raket atılıb
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi bu gün səhər bir ədəd ballistik raketi Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən hərbi bazaya atıb.
Səud mediaları neçənci dəfə iddia ediblər ki, Ərəbistanın raket müdafiə sistemi bu raketi hədəfə dəyməzdən öncə izləyərək, məhv edibdir.
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi çərşənbə axşamı günü gecə də qısa mənzilli bir ədəd ballistik raketi Ərəbistanın cənubunda yerləşən Cazan məntəqəsinin hava limanına tərəf atmışdı və bu raketin atılmasından bir saat sonra Ərəbistanı hərbi mənbələri iddia etmişdilər ki, raket müdafiə sistemi ilə bu raketi izləyərək, məhv ediblər.
Belə bir halda, dünən də Yəmənin ordusu və xalq komitələrinin qüvvələri bu ölkənin şimalında səud muzdurların mövqelərinə hücum edərək, azı iyirmi muzduru öldürüb, bir qrup muzduru da yaralamışdı.