Yan 20, 2018 11:40 Asia/Baku
  • Hələbin cənub-şərqində yüzlərlə kənd azad edilib
    Hələbin cənub-şərqində yüzlərlə kənd azad edilib

Suriya ordusu və müttəfiq qüvvələr ötən iki həftə ərzində Hələb şəhərinin cənub-şərqində yerləşən İdlib vilayətinin hərbi aeroportuna doğru irəliləyişlərinin davamında yüzdən çox kəndi o cümlədən Əbid kəndini azad ediblər.

Suriyanın Əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Suriya ordusunun bir komandanı deyib: Suriya ordusu bütün istiqamətlərdən Əbu Zühur hərbi aeroportuna doğru irəliləyir. Çox şükürlər olsun ki, Hələbin cənub-şərq istiqamətində böyük bir ərazi terrorçuların işğalından azad edilib və Hələbin cənub-şərqində yerləşən bütün ərazilərdə təhlükəsizlik tam təmin edilib. Suriy aordusu İdlibin şimal-şərq və Hələbin cənub-şərq istiqamətlərində öz irəliləyişini davam etdirir. Əsas məqsəd Əbu Zühur hərbi aeroportudur. Bu aeroportun silahlı qruplaşmaların işğalından azad edilməsindən sonra, bütün İdlib vilayətini terrorçulardan təmizləyəcək və Türkiyə sərhədlərinə kimi nəzarəti təmin edəcəyik. 

Teqlər