Yan 21, 2018 10:36 Asia/Baku
  • Əl-İbadi İraqın birliyi və ərazi bütövlüyünün qorunmasına təkid etdi
    Əl-İbadi İraqın birliyi və ərazi bütövlüyünün qorunmasına təkid etdi

İraqın baş naziri Heydər Əl-İbadi şənbə günü Bağdadda İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Neçrəvan Barzani ilə görüşdə İraqın birliyi və ərazi bütövlüyünün qorunmasına təkid edib.

İRNA-nın məlumatına görə, Əl-İbadi bu görüşdə həmçinin, İraqın mərkəzi hökumətinin Ərbil və Süleymaniyə hava limanlarına nəzarətinin təmin edilməsi üçün Hava Limanları Xüsusi Komitəsinin iclaslarının davam etdirilməsini istəyib. 

İraqın baş naziri həmçinin deyib: İraq Kürdüstanı bu məntəqədə istehsal edilən nefti mərkəzi hökumətə bağlı olan şirkətlər vasitəsi ilə dünya bazarına çıxartmalıdır. 

İraqın Baş Nazirlik Ofisi də şənbə günü axşam bir bəyanat yayaraq, bildirib: Əl-İbadi və Barzani bu görüşdə Bağdad və Ərbil arasındakı ixtilafların İraq Konstitusiyası əsasında həll edilməsinə təkid ediblər. 

Bu, İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Neyçrəvan Barzaninin Ərbil və Bağdad arasında gərginliyin artmasından sonra, Bağdada olan ilk səfəridir. 

Bağdad və Ərbil münasibətlərindəki gərginlik İraq Kürdüstanı yerli hakimiyyətinin keçmiş başçısı və Neyçrəvan Barzaninin atası olan Məsud Barzaninin 25 sentyabr 2017-ci il tarixində Kürdüstan məntəqəsinin İraqdan ayrılması üzrə separatçı referendum keçirməsnin ardınca xeyli yüksəlib. 

Teqlər