Afrində bir türk hərbçi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293229-afrində_bir_türk_hərbçi_öldürülüb
Türkiyə ordusu Suriyanın şimalında yerləşən Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında özünün ilk hərbçisinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2018 12:53 Asia/Baku
  • Afrində bir türk hərbçi öldürülüb
    Afrində bir türk hərbçi öldürülüb

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında özünün ilk hərbçisinin öldürülməsindən xəbər verib.

Türkiyə ordusu dünən bildirib ki, bu türkiyəli hərbçinin cənazəsi dəfn olunmaq üçün Qaziantepə köçürülüb.

Deyilənlərə görə, Türkiyənin Suriyanın Afrin şəhərində keçirdiyi əməliyyat zamanı indiyədək altı uşaq daxil olmaqla iyirmi bir nəfər həyatını itirib.