İordan çayının qərb sahilində toqquşma
İordan çayının qərb sahilində əhalinin ABŞ-ın vitse prezidentinin işğal olunmuş Fələstinə səfərinə etiraz əlaməti olaraq tətil elan etməsi sakinlərlə işğalşı rejim hərbçiləri arasında toqquşmalarla nəticələnib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İordan çayının qərb sahilində yaşayan fələstinlilər ABŞ prezidentinin müavini Mayk Pensin Fələstin torpaqlarına səfərinə və işğalçı sionist rejimin başçıları ilə görüşlərinə etiraz əlaməti olaraq tətil elan ediblər.
Həmin bölgələrdə təmas nöqtələrində də fələstinli gənclərlə işğalçı qüvvələr arasında toqquşmalar baş verib. iki fələstinli gənc isə Zətərə hərbi qərargahı yaxınlığında sionistlərə soyuq silahla hücum etməyə səy göstərib.
Ümumi tətil İordan çayının qərb sahilində həyatı iflic vəziyyətə salıb . Bu bölgələrdə sadəcə ABŞ-ın vitse prezidentinin işğal olunmuş Fələstinə səfərinə qarşı etiraz üçün küçələrə axışan fələstinlilərin aksiyalarının səsi eşidilir.
Tətillər işğalçı sionist hərbçilərlə fələstinlilər arasında qarşıdurmalara səbəb olub. Toqquşmalar zamanı Zətərə hərbi qərargahının yaxınlığında iki fələstinli gənc soyuq silahla işğalçı hərbçilərə hücum etmək istəyib.