Qüds şəhəri və İordan çayının qərb sahilində 20 fələstinli həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293335-qüds_şəhəri_və_İordan_çayının_qərb_sahilində_20_fələstinli_həbs_edilib
İsrail hərbçiləri ötən gecə və bu gün səhər İordan çayının qərb sahilində habelə, Qüds şəhərində müxtəlif məntəqələrə hücum edərək, 20 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2018 14:44 Asia/Baku
  • Qüds şəhəri və İordan çayının qərb sahilində 20 fələstinli həbs edilib

İsrail hərbçiləri ötən gecə və bu gün səhər İordan çayının qərb sahilində habelə, Qüds şəhərində müxtəlif məntəqələrə hücum edərək, 20 fələstinlini həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail ordusu bir bəyanat yayaraq, İordan çayının qərb sahilində axtarışda olan bir qrup şəxsin həbs edilməsindən xəbər verib. Bu şəxslərin saxlanıldıqdan sonra əlaqədar orqanlara təhvil verildiyi bildirilir.

Bir başqa məlumata görə, çoxlu sayda İsrail hərbçisi İordan çayının qərb sahilində, Cənin şəhərində  yerləşən Vad Bərqin məntəqəsinə daxil olaraq, bəzi evlərə basqın ediblər.

Digər tərəfdən minlərlə fələstinli ABŞ-ın vitse-prezidenti Mayk Pensin işğal edilmiş Fələstinə səfərinə etiraz olaraq, aksiya keçiriblər. Aksiya keçirənlər ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son qərarı əleyhinə şüarlar veriblər.