İraqın baş naziri İranın İŞİD-in məğlubiyyətindəki rolunu yüksək dəyərləndirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293555-İraqın_baş_naziri_İranın_İŞİd_in_məğlubiyyətindəki_rolunu_yüksək_dəyərləndirib
İraqın baş naziri bu ölkədə İŞİD terror qrupunun məğlub edilməsinə kömək istiqamətində İranın strateji rolunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2018 07:23 Asia/Baku
  • İraqın baş naziri İranın İŞİD-in məğlubiyyətindəki rolunu yüksək dəyərləndirib
    İraqın baş naziri İranın İŞİD-in məğlubiyyətindəki rolunu yüksək dəyərləndirib

İraqın baş naziri bu ölkədə İŞİD terror qrupunun məğlub edilməsinə kömək istiqamətində İranın strateji rolunu vurğulayıb.

İraqın baş naziri Heydər Əlibadi dünən İsveçrənin Davos şəhərində Amerikanın CNN telekanalı ilə müsahibədə "Ərriyad iddia edir ki, İran regionda qara və neqativ bir qüvvədir. Bu, belədirmi?" sualının cavabında vurğulayıb ki, belə bir baxış qəbuledilməzdir.

Heydər Əlibadi həmçinin Suriyanın durumuna da toxunub: Hazırda Suriyada İŞİD ünsürləri iştirak edirlər və dərkolunası deyildir ki, onlar nə üçün məhv edilmirlər?

İraqın baş naziri amerikan "anti-İŞİD" koalisiyasının fəaliyyətini tənqid edərək, əlavə edib: Suriyanın daxilində İŞİD ünsürləri var və onlar bu ölkədə sığınacağa malikdirlər.

Heydər Əlibadi deyib: İraqın kəşfiyyat orqanları deyirlər ki, Suriyadakı İŞİD qalıqları kamikadzelərə təlim keçirlər və bu təlimlər mürəkkəbdir.