Yan 26, 2018 15:20 Asia/Baku
  • Suriyanın Dəra vilayətində terrorçular arasında döyüşlər davam edir
    Suriyanın Dəra vilayətində terrorçular arasında döyüşlər davam edir

Suriyanın Dəra vilayətinin ətrafındakı terror qrupları bu ölkənin ordusu ilə qarşıdurma ilə bir vaxtda bir-birilərinin canlarına da daraşıblar.

Suriyadakı yerli mənbələr Dəra vilayətinin qərbində yerləşən Hit qəsəbəsi ətrafında Suriyanın azad ordusu adlı terror qrupu ilə İŞİD qalıqları arasındakı şiddətli döyüşlərə toxunaraq, bildiriblər ki, hər iki tərəfdən olan bir qrup terrorçu bu toqquşma nəticəsində ölüb və ya yaralanıbdır.

Ötən həftə də Dəra vilayətinin ətrafında yerləşən Cuyayla su bəndi ətrafında Suriyanın azad ordusu adlı terror qrupu ilə İŞİD-çilər arasında kəskin döyüşlər baş verdi. Bu qarşıdurma hər iki tərəfdən çoxlu sayda ünsürün ölməsilə nəticələndi.

Teqlər