İran rəsmisi Dəməqdə Bəşşar Əsədlə görüşüb
İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi və İran İslam Respublikasının Astana prosesindəki baş müzakirəçisi Hüseyn Cabiri Ənsari şənbə günü Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşərək danışıqlar aparıb.
Görüş 29-30 yanvarda Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresi ərəfəsində baş tutub.
Hüseyn Cabiri Ənsari Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal Suriya Milli Dialoq Konqresinin keçirilməsi üzrə son koordinasiyaları haqda Soçidə ilkin iclasda iştirak etdilər.
Suriyada səfərdə olan İran xarici işlər nazirinin xüsusi köməkçisi Suriyanın digər rəsmiləri liə görüşəcək və bir sıra məsələlər haqda məsləhətləşmələr aparacaq.