Cenin düşərgəsində iki fələstinli gənc yaralanıb
Yan 31, 2018 16:17 Asia/Baku
Cenin düşərgəsində sionist hərbçilərin atəş açması nəticəsində iki fələstinli gənc yaralanıb.
İRİB-in yerli dairələrə istinadla verdiyi məlumata görə, sionist hərbçilər bu gün Cenin düşərgəsinə hücum edərək fələstinli gənclərlə toqquşub, onlara qarşı döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə ediblər. Nəticədə iki fələstinli gənc yaralanıb.
İsrail reimi hərbçiləri bu gün səhər də Ceninin qərbində Vad Bərqin bölgəsinə hücum edərək Müqavimətin gənc qüvvələrindən şəhid Əhməd Cərrarın qardaşı Məhəmməd İsmayıl Cərrarı həbs ediblər.
Sionist rejim hərbçiləri həmçinin Cenində Amerika-Ərəb Universitetində bir fələstinli gənci iş yerində həbs ediblər.
Teqlər