Fev 02, 2018 10:11 Asia/Baku
  • Yəməndən Ərəbistanın cənubuna raket atışı
    Yəməndən Ərəbistanın cənubuna raket atışı

Yəmənin ordu və xalq komitələrinin raket bölməsi dünən gecə bir ədəd ballistik raketi səud muzdurlarının Ərəbistanın cənubunda yerləşəm Nəcran məntəqəsindəki mövqelərinə tərəf atıbdır.

Yəmən ordusunun artilleriya bölməsi də Nəcrandakı Əlşərəfə və Əlməxruq bazalarını hədəfə alıbdır.

Yəmən ordusu dünən həmçinin səud muzdurlarının Yəmənin cənub-qərbində yerləşən Təiz vilayətinin qərtbindəki Əlzəbab məntəqəsində yerləşən mövqelərini hədəfə almışdı.

Yəmənin ordu və xalq komitələrinin raket bölməsi yanvarın yeddisi və səkkizində də Ərəbistanın iki ədəd qırıcısını "yer-hava" raketi ilə hədəfə ala bilmişdi.

Yəmənin ordu və xalq komitələrinin qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirəyə alınmasına rəğmən, günbəgün artmaqdadır.

Ərəbistan Amerikanın dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək yəmənlilərdən on minlərlə nəfərin ölməsi və yaralanması, həmçinin milyonlarla nəfərin didərgin düşməsilə nəticələnibdir. Yəmən həmçinin bu təcavüz nəticəsində kəskin ərzaq və dərman çatışmazlığı, eləcə də müxtəlif xəstəliklərlə üzləşibdir.

Səud rejimi və ABŞ Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədə öz hədəflərinə çata bilməyiblər.

Teqlər