İraqın bərpası konfransında 70 ölkənin nümayəndəsi iştirak edəcək
Fev 04, 2018 20:46 Asia/Baku
İraq Xarici İşlər Nazirliyi bildirib: 70 ölkə və yüzlərlə önəmli investisiya şirkəti İraqın Bərpası konfransında iştirak edəcək.
İRNA-nın məlumatına görə, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhcub deyib: Proqnoz olunur ki, İraq hökuməti bu konfransda ölkənin müharibədən zərərçəkən bölgələrinin bərpası üçün təxminən 100 milyard dollar yardım və investisiya cəzb edə biləcək.
İraq XİN sözçüsü bildirib: Hüquq təşkilatları, şirkətlər və bu konfransda iştirak edən ölkələrin nümayəndələri İraqda yatırımın forması haqda fikir mübadiləsi aparacaqlar.