İsrail hərbçiləri daha bir fələstinlini şəhid ediblər
Fev 07, 2018 06:28 Asia/Baku
-
İsrail hərbçiləri daha bir fələstinlini şəhid ediblər
Sionist rejim hərbçiləri Fələstin xalqına qarşı cinayətlərinin davamında daha bir fələstinlini güllələyərək, şəhid ediblər.
Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bu barədə məlumat yayaraq, bildirib: İsrail hərbçiləri çərşənbə axşamı İordan çayının qərb sahilində yerləşən Nablos şəhərinə hücum ediblər. Bu hücum zamanı çıxan qarşıdurmada bir fələstinli şəhid olub, 40 nəfər isə yaralanıb.
İsrail hərbçilərinin hücumu zamanı onlarla fələstinli də gözyaşardıcı qazdan zəhərlənib.
Livanın Əl-Minar informasiya kanalı da Nablos şəhərində 7 fələstinli gəncin İsrail hərbçiləri tərəfindən həbs olunmasından xəbər verib.
Teqlər