Ötən 24 saat ərzində 3 fələstinli mübariz şəhid edilib
İsrail hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində, Əl-Xəlilin şimalında bir fələstinli gənci güllələyərək, şəhid ediblər.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, sionist Yədiot Aharonot qəzeti yazır: Əl-Xəlilin şimalında Kərmi Tsur qəsəbəsində fələstinli bir gəncin soyuq silah ilə həyata keçirdiyi hücum aktı zamanı bir İsrail hərbçisinin yaralanmasının ardınca, hadisə yerində olan bir başqa İsrail hərbçisi atəş açaraq, fələstinli gənci şəhid edib.
Bu, ötən 24 saat ərzində İordan çayının qərb sahilində şəhid edilən üçüncü fələstinli mübarizdir.
Ötən gün də Nablos şəhərində bir fələstinli gənc şəhid edilmişdi. Həmçinin, Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonunun üzvü olan Əhməd Cərar adlı fələstinli də dünən İsrail hərbçiləri tərəfindən şəhid edilib.
İşğal altında olan Fələstin əraziləri 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının ardınca fələstinlilərlə İsrail hərbçiləri arasında intensiv toqquşmaların şahididir.
İndiyə kimi bu toqquşmalarda onlarla fələstinli şəhid olub, minlərlə nəfər yaralanıb. Son məlumatlara əsasən mindən çox fələstinli də Trampın Qüdslə bağlı qərarının ardınca, bu qərara etiraz etdiyi üçün həbs olunub.