Fev 08, 2018 12:04 Asia/Baku
  • Rusiya: Cəbhətünnüsrə bəzi ölkələrin əlində alətə çevrilib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Terrorçu Cəbhətünnüsrə qrupu bəzi qərb güclərin əlində alətə və Rusiyanın xilasedici rolunun müxalifinə çevrilib.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın life telekanalı İqor Konaşenkoya istinadən bildirib ki, Suriyada Rusiyanın Həmimim və Tərtusda yerləşən hərbi bazalarında qarşı son hücumlarda Pilotsuz Uçan Aparatlardan istifadə edilməsi bəzi qərb dövlətlərinin Cəbhətünnüsrə terrorçularından öz məqsədləri istiqamətində alət kimi faydalandıqlarını göstərir. 

Rusiya MN sözçüsü terrorçuların çiyindən atılan havadan müdafiə silahlarına təchiz edilmələrinin nigaran edici olduğunu bildirib və deyib: Suriyada destabilliyin əsas amili Cəbhətünnüsrədir. 

Rusiyanın bir ədəd Soxo-25 tipli hərbi təyyarəsi şənbə günü Suriyanın İdlib vilayətində vuruldu və Cəbhətünnüsrə terror qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürdü.  

Teqlər