Fev 10, 2018 20:26 Asia/Baku
  • Əmmar Həkim İslam İnqilabının qələbəsi münasibəti ilə müraciət verib
    Əmmar Həkim İslam İnqilabının qələbəsi münasibəti ilə müraciət verib

İraq Milli Hikmət Cərəyanının rəhbəri İran İslam İnqilabının qələbəsinin 39 illiyi münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri, İran xalqı və dövlətini təbrik edib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İraq Milli Hikmət Cərəyanının rəhbəri Seyid Əmmar Həkim bir müraciətdə bildirib: İmam Xomeyninin (rə) əsasını qoyduğu İslam İnqilabının qələbəsinin 39 illiyində bu inqilabın dünya, islam dünyası və region səviyyəsində dərin və ictimai təsirlərini görməməzliyə vurmaq olmaz. 

Əmmar Həkim bu müraciətin davamında bildirib: Biz İran İslam İnqilabının İraq xalqının kənarında İŞİD terror qruplaşması ilə savaşdakı müqavimətini təsdiqləyirik. Bu müqavimət möhtəşəm qələbəyə səbəb oldu və bu qara ləkənin diyarımızdan təmizlənməsini sürətləndirdi. 

Teqlər