İraxın Daxili İşlər Nazirilyi: Əbubəkr Əl-Bəğdadi ağır yaralıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295379-İraxın_daxili_İşlər_nazirilyi_Əbubəkr_Əl_bəğdadi_ağır_yaralıdır
İraqın Daxili İşlər Nazirliyi əldə edilmiş məlumatlar əsasında Əbubəkr Əl-Bəğdadinin ağır yaralandığını və sağ qalması ehtimalının çox zəif olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2018 16:35 Asia/Baku
  • İraxın Daxili İşlər Nazirilyi: Əbubəkr Əl-Bəğdadi ağır yaralıdır
    İraxın Daxili İşlər Nazirilyi: Əbubəkr Əl-Bəğdadi ağır yaralıdır

İraqın Daxili İşlər Nazirliyi əldə edilmiş məlumatlar əsasında Əbubəkr Əl-Bəğdadinin ağır yaralandığını və sağ qalması ehtimalının çox zəif olduğunu bildirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyinin kəşfiyyat və terrorizm ilə mübariəzə baş idarəsinin rəisi və "Şahinlər" batalyonunun komandanı Əbu Əli Bəsri deyib: İŞİD-in lideri Əbubəkr Əl-Bəğdadi ləqəbi ilə tanınan İbrahim Əli Məhəmməd Bədri Samirayi son zamanlar səhhətinin ağırlaşmasının ardınca İŞİD-in Suriyanın Əl-Cəzirə məntəqəsindəki xəstəxanasına köçürülüb.

İraqın Daxili İşlər Nazirliyinin  "Şahinlər" batalyonu komandanı əlavə edib: İŞİD liderinin vəziyyəti aldığı çoxsaylı ağır yaralar üzündən çox ağırdır. O, yeriməyə belə qadir deyil.

Əbu Əli Bəsri həmçinin deyib: Əbubəkr Əl-Bəğdadi Suriyanın Əl-Cəzirə məntəqəsindədir və hansısa başqa yerə sığınmayıb.

Bundan öncə İraqın kəşfiyyat qaynaqları Əbubəkr Əl-Bəğdadinin Əl-Ənbar vilayətinin qərbində yerləşən Ravə məntəqəsindən Suriyanın Deyrəzzur vilayətinə qaçdığı barədə məlumat vermişdilər.