Küveyt konfransında İraqın bərpasına 30 milyardlıq yardım öhdəliyi
Küveytin xarici işlər naziri deyib: İraqın bərpası üçün beynəlxalq konfransın iştirakçılarının yardım öhdəlikləri 30 milyard dollara çatıb.
Rusiya Əl-Yəum telekanalının verdiyi məlumata görə, Küvetin xarici işlər naziri şeyx Səbah Xalid Əhməd Əssəbah bu gün axşam deyib: Küveytdə keçirilən İraqın bərpası konfransı çox uğurlu alındı.
Küveytin xarici işlər naziri əlavə edib: İraqın bərpası beynəlxalq konfransında iştirak edənlərin səxavətli yardımları və dəyərli əməkdaşlıqları beynəlxalq ictimaiyyətin İraq üçün səbatlı və təhlükəsiz bir gələcəyin formalaşdırılmasında sədaqətli olmasının nişanəsidir.
Küveyt İraqın bərpası beynəlxalq konfransına ev sahibliyi edən ölkə olaraq, İraqın bərpasına 2 milyard dollar yardım ayıracağını elan edib.
İraqın bərpası beynəlxalq konfransı 12 fevralda Küveytdə işə başlamışdı. 3 gün davam edən bu konfransda dünyanın 50-dən çox ölkəsinin siyasi və iqtisadi rəsmiləri, iş adamları və bank rəsmiləri iştirak etdib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu iclasda iştirak etdib.