Ərəbistanın Yəmənə ağır hava hücumları davam edir
Yəməndə bir təhlükəsizlik rəsmisi bildirib: Səudiyyəli təcavüzkar qırıcı təyyarələrin Yəmənin Marib vilayətinin Sərvah rayonunda bir mənzilə hücumu nəticəsində hamısının uşaq və qadın olduğu dörd nəfər həlak olub.
Əl-Aləm televiziyasının məlumatına görə, bu təhlükəsizlik rəsmisi həmçinin səudiyyəli qırıcı təyyarələrinin əl-Hüdeydə vilayətində əl-Cərahi qəsəbəsində qaz stansiyasına hücumunda iki qadının həlak olduğunu bildirib.
Səudiyyəli təcavüzkar qırıcı təyyarələr əl-Hüdeydənin əl-Təhita bölgəsinin şərqində əl-Məclisi məntəqəsini iki dəfə atəşə tutublar.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri həmçinin Sədə vilayətinin Hidan rayonunun tabeliyində olan əl-Büqə bölgəsinə hücum ediblər.
Həccə vilayətində Hirz və Midi isə səudiyyəli qırıcıların 25 dəfə hücumuna məruz qalıb.
Digər tərəfdən Yəmən müqavimət qüvvələri Təiz vilayətində əl-Əqruz bölgəsi yaxınlığında səudiyyəli muzdlulara hücum edib, onların karvanının keçdiyi yolda bomba partladaraq çoxlu sayda muzdlunu öldürüb və yaralayıblar.
Həmçinin Cizanda Quy kəndinin əl-Xəzan təpələrində Yəmən ordusu və xalq komitələri qüvvələrinin snayperləri bir səudiyyəli hərbçini öldürüb və Nəcranda Akifə düşərgəsində ərəbistanlı hərbçilərin mövqeləri atəşə tutulub.